Sev qonşunu», - deyir Ata, sənə nifrət edənə Həmişə et yaxşılığı, düşməninə etmə lənət. Sənə nifrət edənə sən xeyir - dua ver həmişə, Nə fayda var yaxşılığa əgər etsən sən yaxşılıq? Yamanlığa çalış sən daim edəsən yaxşılıq, Səpir Günəş öz nurunu salehə və imansıza. Yaxşı və pis adamlara yağmurlar göndərir Ata, Çalış, bənzə öz Tanrına, öz Səmavi Atana sən. Şükür edən Allaha necə lənət edə bilər Tanrının Öz sürətində yaratdığı adamlara? Bir bulağın olarmı heç həm şirin, həm acı gözü? Şirin bulaq ol həmişə, çalış bənzə Tanrına sən, Pak, müqəddəs Tanrına sən, bənzə bol-bol həyat verən, Hamını eyni gözlə sevən, öz Səmavi Atana sən.Grande sei o mio Signor Standing on the promises В начале было слово Когда грустно тебе أنا عايش ạrjʿ yạ qlby Я стою у креста так мала Мы воспоём Тебе сегодня гимн هيا اهتفوا Qué maravilla es tener una familia
Song not available - connect to internet to try again?