Çarmıxdan aramla axan İsa Məsihin Qanıdır, Həzin-həzin yerə daman xilasımızın haqqıdır. Günahım ağır olsa da, dağlardan böyük olsa da, Çarmıxdan axan o Qan təmiz edər məni qardan. Əbədi Atanın yanından İsa qan tökməyə gəldi, Şahlıq tacın Göydə qoyub, Yerdə tikanlı tac geydi. Rəbbin səsini eşitdim, həyat mənbəyinə gəldim, Xilasımı əldə etdim, O məni qardan ağ etdi. Mənim yorğun, zəif ruhum dünyadan xoşbəxtlik umurdu, Tənha, azmış bir quzunu İsa ölümdən qorudu. Ruhumla daim görürəm çarmıxdan axan o Qanı, Oradan daim lütf axır, O məni qar tək ağardır.Oh, what a Friend Jehova es mi pastor Вы все кто возвещает ạnạ hạjylk Radostne tlieskajme chválu If My People Еэ! Дуугаа өндөрсгөн راجعين للمدينة لأنه هكذا أحب الله Jezus powrócić wkrótce ma
Song not available - connect to internet to try again?