Ürəyim əzəldən yaralı mənim, Gördün ağrısını Sən ürəyimin. Qoyuban məlhəmi Sən yarama Verdin təsəllini mənə, Allahım. Nə qədər vuruşub çarpışsam da mən, Nə qədər göz yaşı axıtsam da mən, Ürəyim sakitlik görmürdü bir an; Sən verdin ürəyimə dözüm, Allahım. Heç xoşbəxt deyildim mən bu dünyada Tapdım xoşbəxtliyi Səndə, Allahım. Eşidib Sən mənim ahlarımı Sildin gözlərimdən göz yaşlarımı. Qəlbim, varlığım, bütün həyatım Sənə bağlanıbdır, mənim Allahım. Sonu puç olan bu dünyada Sən verdin ürəyimə dinclik, Allahım. Dilimdə, nəğməmdə izzətlənirsən, Mənimçün yeganə ümid yerisən. Başımın tacısan, dərdim əlacı, Əbədi həyatım Sənsən, Allahım.ạ̉wrsẖlym Himno Al Padre Lauda astazi pe Domnul Нима дейсан Раббинг келганда Мен ўзим ва оилам Božia svätá láska بۇل پاتشا Исраилин Аллаһы Seni Yüceltmek Дьявол побежден
Song not available - connect to internet to try again?