Əziz dost, iki yol ayrıcındasan: Biri çox enlidir, o biri ensiz. Biri qaranlıqdır, o biri nurlu, Biri Rəbb yoludur, o biri iblis. Müvəqqəti yoldur bu Allahsız yol, Axırı uçurum, axırı əzab. Axırı Allahsız, qaranlıq dünya, Amandır, əziz dost, getmə bu yolla. Hansı yolu seçdin, dostum, söylə sən? Biri çox enlidir, çox rahat yoldur, İndi o yol ilə gedən də çoxdur, Kim ki çox istəyir dünya şöhrətin. Seç Rəbbin yolunu, bu nurlu yoldur, Əbədi həyata aparan yoldur. Həm də çox şərəfl i, müqəddəs yoldur, Çünki bu həqiqət, xilas yoludur. Hansı yolu seçdin, dostum, söylə sən? İndi sən durmusan yol ayrıcında. İndi öz seçkində azadsan tamam Sən indi azadsan öz ürəyində.Порой мне было грустно Di chi temerò ạ̉by ạ̹ny ạ̉ḥbka mạ ạ̉ḥly̱ ạlsjwd A Dieu soit la gloire Nem szűnik meg szerelme Слава слава Fija tus ojos en Cristo Ya gece ya gündüz Prin har Tu Doamne m-ai zidit
Song not available - connect to internet to try again?