Əziziyəm, ağlama,başa qara bağlama, İsa xilas gətirdi, düşmənə bel bağlama. Məsih gəldi Göylərdən, bir yol saldı Göylərə, Bəxtəvər o kəsə ki, yolun saldı Göylərə. Əzizim, qoşa dağlar, durub yanaşı dağlar, Məsih orda Qan töküb, bizi nicata bağlar. Əziziyəm, gül açdı, solmuş bağlar gül açdı, Müjdə torpağa gəldi, qara torpaq gül açdı. Əzizim, işıq saçdı, zülmətdə işıq saçdı, İsa zühur eylədi, qəlblərə işıq saçdı. Əziziyəm, yan gedər, kədər, qüssə yan gedər, Məsihi qəbul etsən, lənət səndən yan gedər.Herää, nouse nukkumasta Mum loves me لن أخطئ POTRZEBUJĘ CIĘ Аз Рӯҳи Муқаддас моро пур кун يا ربي يا منور عني قضى يسوع ربي Jézus köztünk jár يا سيدي يا قوتي Jésus, Jésus, Jésus
Song not available - connect to internet to try again?