Aç Sən mənim gözlərimi, Göylərin sirrini görsün, Möcüzəli açarın ver, qoy mənə azadlıq versin. Susaraq gözləyirəm gəl, Cavab ver, aç iradəni. İşıqlandır gözlərimi, Müqəddəs Ruh, Müqəddəs Ruh. Açılsın qoy qulaqlarım, Həqiqəti eşitməkçün, Eşitdiyim olsun yalnız Sənin əbədi sözlərin. Gözləyirəm özün danış, Dünyanın səsləri sussun. Yalnız Səni eşidim mən, Müqəddəs Ruh, Müqəddəs Ruh. Aç dilimi, qoy danışsın Sənin möcüzələrindən, Aç ürəyimi, qoy dolsun Göydən gələn lütfün ilə. Səni gözləyirəm, tez gəl, Aç mənə güc mənbəyini. Yaşa məndə qüdrətinlə, Müqəddəs Ruh, Müqəddəs Ruh.ADONAI Бизге бул кунди مايقدرش حد أبدا Noi predichiamo Cristo Дорожите братья днями время тяжкое теперь Мы в этот день Hayot Boʻronida Ruhing 01 KHAMHTU KA HRUAI Та бол хайрыг авахын төлөө hạfrḥ wạhtf bạlʿwd
Song not available - connect to internet to try again?