Allahım, mən Sənlə olmaq istərəm, Sənin işığında gəzmək istərəm. Qəlbimi, canımı Sənə bağlayıb, Sənintək müqəddəs olmaq istərəm. Bütün həyatımı Sənə bağlaram, Səninlə sevinib, Sənlə ağlaram. İdarə etməkçün bütün ömrümü Sənin əllərinə vermək istərəm. Səni dərk etməkçün zehnimi açdın, Sənin həyat verən lütfünü aldım. Müqəddəs Ruhunla, sevginlə doldum, Mən Sənin İsmini yaymaq istərəm. Sənsən yol, həqiqət, əbədi həyat, Həyatın mənimçün böyük nümunə. Sənin gözlərinlə, məhəbbətinlə Yaratdıqlarına baxmaq istərəm.ạlrb yʿbd Как любит розы Творец предвечный Manopy ny masoko ho amin'ny tendrombohitra aho يا رب أنت اختبرتني Само ти พระเยซูทรงรักทุกคน Спаситель стоит Любовь Твоя сильна Въведи ме Ты нужен мне
Song not available - connect to internet to try again?