Allaha izzət verin gözəl nəğmələr ilə, Daim şükürlər edin sevincdə də, qəmdə də. Alqış olsun Allaha, O bizi xilas edib , Bizi ölümdən alıb, sevimli xalqı edib. Alqış, alqış olsun Müqəddəs Allaha, Alqış, alqış olsun Müqəddəs Oğluna, Alqış, alqış olsun Müqəddəs Ruhuna, amin! Hər an Ona həmd edin ağlınız, dilinizlə, Ruhunuz, qəlbinizlə, yaxşı işlərinizlə. Daim Ona həmd edin ölümə məhkum olan Dünyaya göstərdiyi böyük səbrinə görə. Özüylə xilas etdi O həm səni, həm məni, Çarmıxda əzab çəkdi azad etməkçün bizi. İzzət verin Allaha nə qədər ömrünüz var, Ürəyiniz döyünür, canda nəfəsiniz var. Tezliklə O gələcək böyük izzəti ilə, Əbədi, möcüzəli böyük qüdrəti ilə. Aparacaq bizləri Öz Əbədi evinə, O əbədi rahatlıq və səadət yerinə.Un senso ora c'è Iso madinam (T) bring all your needs to the alter ạ̉rjwk yạbny tʿạl Das ist die gute Nachricht Il tuo grande amore Proudy živé plynou Əlini uzatdı Rəbb mənə doğru, Der du går skal din vei (steg for steg) Russian Buriat Worship Song
Song not available - connect to internet to try again?