Allaha izzət verin gözəl nəğmələr ilə, Daim şükürlər edin sevincdə də, qəmdə də. Alqış olsun Allaha, O bizi xilas edib , Bizi ölümdən alıb, sevimli xalqı edib. Alqış, alqış olsun Müqəddəs Allaha, Alqış, alqış olsun Müqəddəs Oğluna, Alqış, alqış olsun Müqəddəs Ruhuna, amin! Hər an Ona həmd edin ağlınız, dilinizlə, Ruhunuz, qəlbinizlə, yaxşı işlərinizlə. Daim Ona həmd edin ölümə məhkum olan Dünyaya göstərdiyi böyük səbrinə görə. Özüylə xilas etdi O həm səni, həm məni, Çarmıxda əzab çəkdi azad etməkçün bizi. İzzət verin Allaha nə qədər ömrünüz var, Ürəyiniz döyünür, canda nəfəsiniz var. Tezliklə O gələcək böyük izzəti ilə, Əbədi, möcüzəli böyük qüdrəti ilə. Aparacaq bizləri Öz Əbədi evinə, O əbədi rahatlıq və səadət yerinə.tsbyḥ yʿlạlk wyzyd مالي الدنيا 宣教之歌 让你去到那边 La parte migliore Nem fogok félni Към Теб ме приближи Vďaka za Tvoj kríž Čo žiadaš od nás, Pane btsbyḥ ạlrb ynṭq fmy
Song not available - connect to internet to try again?