Allahın sağında bir taxt qurulmuş, Ölümə qalib gələn Oğul oturmuş. İzzətə, şöhrətə, nura bürünüb Padşahlıq etməkçün Məsih oturmuş. Bu bir nümunədir, ey Rəbbin xalqı, Kim alçalaraq özünü heç etsə, Təvazökarlıq yolu ilə getsə, Rəbb onu yüksəldər, Həyat tacı verər. Bir zamanlar Məsih dünyaya gəldi, Alçalaraq qul kimi Özünü heç etdi. Atanın Sözünə sadiq qalaraq, Hətta ölümədək itaət etdi. Buna görə də Ata Onu yüksəltdi, Bütün adlardan üstün Ona ad verdi. Oturdaraq Oğlun Öz sağında, Bütün hakimiyyəti Ona bəxş etdi.Cristo es mi Señor, no me da temor ГОСПОД ВЕЧЕН Ježišu, vznešená Познавать хочу Тебя Лишь вверх гляди Той знае пътя Silný Bůh (Superman) Vykupiteľ žije Эй шоҳи шоҳони ҷаҳон اليوم يومك
Song not available - connect to internet to try again?