Aç Sən mənim gözlərimi, Göylərin sirrini görsün, Möcüzəli açarın ver, qoy mənə azadlıq versin. Susaraq gözləyirəm gəl, Cavab ver, aç iradəni. İşıqlandır gözlərimi, Müqəddəs Ruh, Müqəddəs Ruh. Açılsın qoy qulaqlarım, Həqiqəti eşitməkçün, Eşitdiyim olsun yalnız Sənin əbədi sözlərin. Gözləyirəm özün danış, Dünyanın səsləri sussun. Yalnız Səni eşidim mən, Müqəddəs Ruh, Müqəddəs Ruh. Aç dilimi, qoy danışsın Sənin möcüzələrindən, Aç ürəyimi, qoy dolsun Göydən gələn lütfün ilə. Səni gözləyirəm, tez gəl, Aç mənə güc mənbəyini. Yaşa məndə qüdrətinlə, Müqəddəs Ruh, Müqəddəs Ruh.Sachez que je suis l'Eternel slmt nfsy fy ydyk Нажоткорим бор Отец, Твоё слово, как семя На небесах в отчизне Il dono di Gesù Ողորմե Ինձ, Ողորմե هافضل أغنيلك О, открой двери сердца, мой друг Pokoj
Song not available - connect to internet to try again?