Ağarmış tarlalar dənizə bənzəyir, Yetişmış buğdalar yerə səpələnir. Oradan yalnız küləyin səsi gəlir, Əyilmiş bellərsə, heç gözə dəymir. Tələsin artıq tarlaya, biçinçilər, siz, Tarlanın sahibinə hesabat verəcəksiz. Günəş hələ işıq saçır, isidir, İşçiləri tarlaya getməyə səsləyir. Nədənsə, oraya tələsən azdır, Tarlanın sahibini sevənlər azdır. Hardadır işçilər, hazırlıq çox uzanır, Soyuq günlər artıq qapı ağzındadır. Düşünməyin nə vaxtsa rahat olacaq, Keçən günlər geri qayıtmayacaq. Bəlkə, siz burda yalnız dünyanın bəhərini Biçmək üçün çalışıb, səy edirsiniz. Bəs Rəbbin məhsulunu, söyləyin, kim biçəcək? Onun xilas işinə səylə kömək edəcək? Tələsin tarlaya, əziz dostlar, tələsin, Günün sonu çatır, artıq işə tələsin. Məsihin məhsulun yığın şövqlə, həvəslə. Tarlanın sahibini gözləyin sevinclə.РАБ'бе ЬОвгюлер Сун bʿd mạ knt ʿbd Гюн Доуп Гюн Батаркен Зовлон гунигийг минь عظيم هو ربنا Рəбб Аллаһым һејранлыг мəн дујурам Нежно Минаваш Покрай Мен Svetlom si mi அசாத்தியங்கள் சாத்தியமே Hak olan ne varsa
Song not available - connect to internet to try again?