Baxıram ətrafa, insanlar dərdli, Pərişan oluram, Rəbbi görmürlər. Hara baxıramsa, qəm, qüssə, kədər, İnsanlar gəzirlər Ondan bixəbər. Gör necə qüdrətli bir Atamız var, Siz ey günahkarlar, tez gəlin vaxt az. Məsih bağışlayır tövbə edəni, İstərdim, Rəbbimlə barışasız siz. Günahlar içində batan dünyanın Bircə xilaskarı Məsihdir, Məsih. Günahkar insanın, günah edənin, Təkcə bir yolu var - tövbə eyləmək. Qaranlıq dünyanı işıqlandıran Təkcə bir Nur vardır, o da Məsihdir. Sən, ey insan, ayıl, Ona iman et, Əbədi həyatı verən Məsihdir.أتوق للمستك الشافيه СУСАДЪМ СЬОЗУНЕ Błogo, o, błogo pokojem Twym żyć Beni Sevdin Rab 你是我的主 lmạ ʿdwy yḥạrbny Рухун Гюджю Oh! pendant que pour eux Atâtea vorbe fără rost AʼLO SEVGINGDA
Song not available - connect to internet to try again?