Belə gözəl yaz ayında bənövşələr çiçək açır, Təbiətin qucağında ətrafa ətrini saçır. Gözəlliyə baxan insan necə oxumasın şükran? Bu hədiyyədir Allahdan, həmd edək Ona durmadan! Rəbbin əsəri təbiət, bir gözəllik, bir şeiriyyət! Ruhu oxşar bu ülviyyət, Rəbbim, Sənə, olsun izzət! Kainatın əzəlisən, varlığın ən gözəlisən, Ömrümüzün bəzəyisən, həmdlər Sənə, mənim Rəbbim! İlham alıb mən Allahdan həmd edirəm dayanmadan, Rəbdir möcüzə yaradan, bizə sirlərini açan. Allah bu dünyanı sevdi, bildi, dünya məhvə düçar, Öz Oğlunu qurban verdi, İsadır Cənnətə açar.Tapınalım Hep Birlikte lyh ʿạwz Já zpívám rád o Pánu svém جۉرۅگۉم تۇرسۇن نۇر چايىپ Измий сърцето ми قصد التجسد العظيم Sing them over again to me, wonderful words of life 24 Ağ saqqal На ристалище Христа yạ ạ̉bạ ạlậb ạ̹lyk
Song not available - connect to internet to try again?