Bilmədən dünyayla həmrəy olub mən, Yaradan Allaha olmuşdum düşmən. Dünya bağlayıbmış gözümü tamam, Aparırmış məni uzağa Ondan. Yetər artıq, artıq yetər! Dünya, sənlə dostluğum bitər! Yetər bu dünyaya etdiyim xidmət, Yetər dünya üçün çəkdiyim zəhmət, Yetər, dünya, artıq yetər! Sənin ki işlərin tamam yalanmış, Hər şey tərsinəymiş, hər şey talanmış. Ağ deyib qaraya təsdiqləyirdin, Həqiqət Kəlamın pərdələyirdin. Çalışdın haqq yolun pərdələyəsən, Rəbb İsanın İsmin hey gizləyəsən. Bacarmadın, dünya, məğlub olmusan Yaxınlaşır sonun, yetir axırın. Yayıldı dünyaya Rəbbin Xoş xəbəri, Qaranlıq ürəklər nura bələndi. Qurban verərək Vahid Oğlunu, Tanrımız bizimçün açdı Öz yolunu.Allahım İsa Sevinin kardaşlar, her zaman sevinin ! Rab Gücüm Kalkanımdır Theres Gonna Be A Revival In The Land All my life لأعمل ما تريد ạ̉nt myrạtẖy É Teu Sangue kẖdẖny lʿlạk Avia ry Fanahy o, ho eto aminay
Song not available - connect to internet to try again?