Bir zamanlar biz yabancı, bir zamanlar xar idik, Bir zamanlar Rəbdən uzaq, Rəbdən iraq, yad idik. Bir zamanlar bu həyatda var kimiykən, yox idik, Bir zamanlar biz günahda qəzəbə məruz idik. Lakin bizi lap əzəldən hifz eyləyən və sevən Aşkarladı son günlərdə Məsih İsada bizi. Bir zamanlar bulunaraq bu dünya gərdişinə, Qoşularaq biz axına, uzaqlaşıb Tanrıdan İstəmədən icra edib pis olanın əmrini, Cismən diri görünsək də, ruhən ölü, yox idik. Son günlərdə məhəbbətin izhar etdi Məsihdə, Birləşdirdi bir bədəndə,birləşdirdi bir qəlbdə. O, vədinə sadiq olub, sevdi bizi Məsihdə, Hikmətini zikr eylədi hər kəlmədə, hər sözdə. Bir zamanlar yad olsaq da,indi Rəbdə vahidik, Biz Məsihdə haqq - ədalət,biz Məsihdə qadirik.Ишонаман Сенга ишонаман 但願我有翅膀像鴿子飛去 I NEED THEE EVERY HOUR Melek dedi Meyreme: "Selam, kız, sana ! Գահիդ Մոտ mḥtạj lḥḍwrk Päivä kirkas Халлелүяа Есүс Эзэн Чи знаєте ви чому світ звеселився Masihim Ustozim (anʼanaviy)
Song not available - connect to internet to try again?