Bir zamanlar biz yabancı, bir zamanlar xar idik, Bir zamanlar Rəbdən uzaq, Rəbdən iraq, yad idik. Bir zamanlar bu həyatda var kimiykən, yox idik, Bir zamanlar biz günahda qəzəbə məruz idik. Lakin bizi lap əzəldən hifz eyləyən və sevən Aşkarladı son günlərdə Məsih İsada bizi. Bir zamanlar bulunaraq bu dünya gərdişinə, Qoşularaq biz axına, uzaqlaşıb Tanrıdan İstəmədən icra edib pis olanın əmrini, Cismən diri görünsək də, ruhən ölü, yox idik. Son günlərdə məhəbbətin izhar etdi Məsihdə, Birləşdirdi bir bədəndə,birləşdirdi bir qəlbdə. O, vədinə sadiq olub, sevdi bizi Məsihdə, Hikmətini zikr eylədi hər kəlmədə, hər sözdə. Bir zamanlar yad olsaq da,indi Rəbdə vahidik, Biz Məsihdə haqq - ədalət,biz Məsihdə qadirik.I serafini (Isaia 6:3) يا أبانا قد قبلت Взирайте люди на Слово Божье Bendición y honra Don Geri Kel sevgi qoʻshigʻini Sans attendre تأمل 3 Je ne sais pas le jour Despeirta triste pecador
Song not available - connect to internet to try again?