Bizimçün Göylərdən qurbanlıq gəldin, Günahlar üçün çarmıxa çəkildin, İman toxumu tək yerə səpildin, Bizə qurtuluşsan, İsa Məsihim. Biz Sənlə yol açdıq Ata Allaha, Nurlu gələcəyə, gözəl sabaha, Geriyə bir addım atmarıq daha, Bizə qurtuluşsan, İsa Məsihim. Oğul tək isminə iman etmişik, Qanınla günahdan təmizlənmişik, Müqəddəs Ruhunla qüvvətlənmişik, Bizə qurtuluşsan, İsa Məsihim. İsminlə Atadan hər nə diləsək, Arzu, diləyimizi tez biləcək. İmanla istəsək, Tanrım verəcək, Bizə qurtuluşsan, İsa Məsihim. Sənin İsmin ilə izzətlənmişik, İman gətirmişik, qiymətlənmişik. Allah hikmətiylə ziynətlənmişik, Bizə qurtuluşsan, İsa Məsihim.Con Jesús camino cada día TVOJA BLÍZKOSŤ JE NEBOM Piccola anima Спасибо Yücedir Adın Rab İsa Ku Tobie, Boże mój Ey evimə gələn qonaq Қош келдің Мәсіх қауымына Твой приятел Urra!
Song not available - connect to internet to try again?