Bu dünya boğulur günah içində, O, çirkab içində, o, qan içində. Biri digərinə hey qara yaxır, Biri digərində günah axtarır. Öz gözündə tiri görməyir heç kəs, Bir özgə gözündə tükü axtarır. Axtarır günahı hər kəs qonşuda Hamı dərd, kədər içində. Uşaqlar evlərdə böyüyür məğrur, Onlarda təkəbbür, onlarda qürur. Dünya kor eyləmiş baxan gözləri, Bu dünya boğulur çirkab içində. Körpə uşaqların atır analar Tanımır övlad da daha atasın. İxtiyar qocalar baxımsız qalır, Onlar dərd, kədər içində. Bürümüş laqeydlik çox cavanları Gəncləri bürümüş bir ümidsizlik. Təsəlli tapmırlar onlar həyatda Boğulur bu dünya günahda. Vaxtın necə gəlib, necə keçdiyin, Ömrün də faydasız ötüb getdiyin, Dünyaya nə üçün gəlib - getdiyin, Bircə an düşünmür, anlamır insan. Özü də bilmədən, heç anlamadan, Yaşayır bu insan dəhşət içində, Bu dünya boğulur günah içində.Te caut mereu pe drumul de ieri ʿm bykbr bṭnhạ Пазеха овчари Садакатън не Бюйюктюр Исусе, Спасител صوتك ناداني Za ręce bierz ich, Panie Худосиз яшаб мен Ҝүллəрин, чичəклəрин فريق التسبيح شباب
Song not available - connect to internet to try again?