Dünya üçün göndərdi Səni Göylərdən Ata, Sənə iman edənlər bunla xilasa çatar. Allah mərhəmətini bununla sübut etdi, Allah məhəbbətini dünyaya elan etdi. Dünyanı Sən yaratdın , Səni qəbul etmədi, Qaranlıqda olanlar Nura yaxın getmədi. Bilmədilər ki, gücü Sən Atadan almısan, Onunçün də daima Sən Atada qalmısan. Həqiqətin açarı Səndədir, Rəbb İsa! Ədalətin açarı Səndədir, Rəbb İsa! Ən böyük məhəbbəti Sən göstərdin dünyaya, Ən böyük mərhəmətə şahid oldu dünya da. Sən Atanın yanından hazır idin gəlməyə, Hazır idin Müqəddəs, pak Qanını tökməyə. Götürərək dünyanın bütün günahlarını, Axıtdın bizim üçün Öz Müqəddəs Qanını. Dirilmənlə dünyada düşmənə qalib gəldin, Atanın iradəsin tam yerinə yetirdin. Deyirsən: «Gələcəyəm sizi aparmağa Mən», Məhəbbət, iman verdin, ümid verdin bizə Sən. Məhəbbət, ümid, iman Səndən qalıbdır miras, Sən tək günahsız olaq, geyək biz də ağ libas. Sən Allahın Oğlusan, Atadan doğulmusan, İndi Onun sağında qalib tək oturmusan.Neboj se, ni lekej Je dokonáno Последствия yạ knysẗ hlhly ạ̉nạ lyạ ạ̹lh ʿynh ʿlyạ والآن أسبح Ребби бейгелдйәрин Быстрым орлом я хотел бы летать إن عشيت ليلي الهموم
Song not available - connect to internet to try again?