Dünya, sən artıq əsrləri,min illəri yola salmısan, İndi yenə tələsirsən,sonuna yaxınlaşırsan. Aman dünya, yaman dünya, çatıbdır axırın, dünya. Aman dünya, yaman dünya,gecikmə xilasa, dünya. Xəbər verir bundan Kəlam, bundan Kəlam. Xalqım üçün gec olmaya, gec olmaya. Yer kürəsi tərpənəcək, dünya lərzəyə gələcək, Günəş işıq verməyəcək ,ulduzlar göydən düşəcək. Bütün dünya xalqları öz gözləriylə görəcək, Bütün dünya xalqları öz gözləriylə görəcək: İnsan Oğlu böyük qüdrət və izzət ilə Göyün buludları üstündə görünəcək. Rəbb borusu səslənəcək, mələklər göydən enəcək Və Rəbbin seçdiklərini Yer üzündən götürəcək. Yerdə fəryadlar olacaq, acı göz yaşları axacaq. Məsihə iman etməyən insanlarçün gec olacaq. Xəbər verir bundan Kəlam, bundan Kəlam. Xalqım üçün gec olmaya, gec olmaya.Kurtarıcım, Boş Elle Mi أنا هو ليه يا خاطي Агар Исо ҳазорон бори дигар Keď sa vôkol búria živly desivé zhǔ yào fù xìng zhōng huá Iubind te daruiesti La-nceput era cuvantul RƏBBƏ HƏMD EDİN ạlwʿd - The Promise - ạ̉bryl 2009
Song not available - connect to internet to try again?