Dünyada çox yollar, çox cığırlar var, Hər yolun, cığırın öz yolçusu var. Çox geniş, möhtəşəm yollar içində Tikanlı, ələmli, dar bir yol da var. Getdiyimiz bu yol Məsih yoludur, Bizləri Allaha aparan yoldur. Göz yaşı sevincə, kədər şadlığa, Qaranlıq işığa çevrilən yoldur. Bu yolu salmışdır bizimçün Məsih Böyük əzablarla çiynində çarmıx. Buradan keçərək onu hamarlamış, Qanını səpərək yol hazırlamış. Bu yolu salmışdır bizimçün Məsih Böyük əzablarla çiynində çarmıx. Ardınca gələnlər azmasın deyə Ayaq izlərini yerə saplamış. O yaxşı tanıyır bax bu dar yolu, Onun hər daşına ayağı dəymiş. Bununçün buraxmır heç əlimizdən, Aparır bizləri keçdiyi yolla. Bu yolun sonunda Özü dayanır, Nur saçıb bu yolu işıqlandırır. Onun izləriylə biz addımlayaq, Bu yolda sarsılmaz, çox möhkəm duraq. Bu yolun sonunda gözləyir bizi, Açıb qollarını səsləyir bizi. Çağırır yanına, yanına bizi, Onunla bir yerdə Göylərdə olaq. Bu yolun sonunda gözləyir bizi, Açıb qollarını səsləyir bizi. Çağırır yanına, yanına bizi, Əbədi rahatlıq, səadət tapaq.Aj keby nekvitol fík Quand on tourne vers lui les regards Keď som bol tak opustený Ҳаётимсан, юрагимсан تراك 10 На ладонях рук Твоих Úžasná láska Już dobiegł rok do końca Il mio grande amore Ao an-danitra dia ho sambatra
Song not available - connect to internet to try again?