Dəvət etdi Allah bizi Göylərdə Öz Oğlu İsanın toy məclisinə. Hazırlayın yalnız siz bu gün üçün Toy libasınızı ağ və ləkəsiz. Orda olar əbədi şənlik, Biz də daim sevinərik Tanrımızın izzətində. Dünyada hər şeyin bilirik ki, sonu var, Kədər bitər, sonda sonsuz sevinc olar. Həsrətli görüş necə gözəl olar, Hazırlayın buna siz ürəyinizi. Orda yaşasın saf məhəbbət, Bir də ümid və sədaqət, İmanınız azalmasın. Eşidin, sizlər də, bu gözəl dəvəti, Göylərdə olacaq toy ziyafəti. Rəbb qovuşacaq Öz xalqı ilə Şeypur sədalarında, təntənə ilə. Orda olar əbədi şənlik, Biz də daim sevinərik Tanrımızın izzətində.Гэрэлтэй өндөр хаан ширээ Преданный решительный верный всегда Маленьким и взрослым Ты рядом Sungguh Kerajaan Allah Ja chválu Ti vzdám Bizning yigʻilishimizga จะเอามือวางที่ใจ Urra! Дух Святой небесный голубь
Song not available - connect to internet to try again?