Daim dua edin, Rəbbimiz deyir, Dua eyləyin ki, uğramayasız Bir çox çətinliyə, imtahana siz, Duada Ruh ilə dolun-daşın siz. Dua Ruhun odu, alovudur, bil, Bizləri Göylərlə o birləşdirir. Qaranlıq gecədə işıqdır dua, Doldurur ürəyi ümidlə, nurla. Duanı Allaha borc bilməyək biz, Onu özümüzə borc bilməliyik. O gücdür bizimçün bu gün həyatda, Bununçün biz olaq daim duada. Nə qədər çətinlik səni sıxsa da Həyatın ən şirin anıdır dua. Uzun çəkməsə də bəzən bu anlar, Lakin çox vacibdir, lazımdır dua. Bəzən ürəklərə dəymiş yaradan Gözlərdən selləri axıdır dua. Allaha edilən acı fəryadı Bu an təsəlliyə çevirir dua.Read Your Bible, Pray Every Day A AW KA HNGALH Mengucap Syukurlah Il est né, le divin enfant Я опускаюсь на колени IZY NO LEHIBE Раб Ичин Яшаръм trd ạlmslwb Аллаһын сағында бир тахт гурулмуш Život je Boží dar
Song not available - connect to internet to try again?