Daim dua edin, Rəbbimiz deyir, Dua eyləyin ki, uğramayasız Bir çox çətinliyə, imtahana siz, Duada Ruh ilə dolun-daşın siz. Dua Ruhun odu, alovudur, bil, Bizləri Göylərlə o birləşdirir. Qaranlıq gecədə işıqdır dua, Doldurur ürəyi ümidlə, nurla. Duanı Allaha borc bilməyək biz, Onu özümüzə borc bilməliyik. O gücdür bizimçün bu gün həyatda, Bununçün biz olaq daim duada. Nə qədər çətinlik səni sıxsa da Həyatın ən şirin anıdır dua. Uzun çəkməsə də bəzən bu anlar, Lakin çox vacibdir, lazımdır dua. Bəzən ürəklərə dəymiş yaradan Gözlərdən selləri axıdır dua. Allaha edilən acı fəryadı Bu an təsəlliyə çevirir dua.Nikto Ti nie je podobný Y Away in a manger / Al was ek nie daar nie مقبول أنا في دم المسيح حب يسوع mstr ʿnh ạlwjwh Bez prestania nrfʿ ạ̉jnḥẗ kạlnswr KHAMHNAK HLA Lúčiny, lesy, skaly Запей небе
Song not available - connect to internet to try again?