Dinclik tapan ürək verdin Sən mənə, Sakit, rahat həyat verdin Sən mənə. Ey Allahım, övlad dedin Sən mənə, İman verdin, ümid verdin Sən mənə. Necə mən inanmayım, Həqiqətin Özüsən, Tanrının bizim üçün göndərilən Sözüsən. Xilas üçün Oğlun verdin dünyaya, İman yolunun sirrini açdın mənə. Həyat verən yolu qoydun qarşıma, Sevinc tapan ürək verdin Sən mənə. Necə izzət verməyim, həyat və məhəbbətsən, Səni necə sevməyim, Sən ki məni sevirsən. Təqsirlərdən tövbə verdin Sən mənə, Bağışlayan ürək verdin Sən mənə. Müqəddəs Ruhu göndərdin qəlbimə, Öz böyük sevgini açdın Sən mənə. Sənə mən inanıram, Həqiqətin Özüsən, Tanrının bizim üçün Göydən gələn Sözüsən.Iza no hitantara ny Tompo Jesosy Sarai con me Кто за меня подставит голову Ka Bishe Ni, Ya Jehovah Nomadic Spirit - Алив Наашаа Chisʋs i̱ holitopa hʋchia ma tạ̉ml 1 Xayolimdasan yuragimdasan Утро пред восходом вышла уж заря Знаешь ли ты что было на Голгофе
Song not available - connect to internet to try again?