Diri Xilaskara mən qulluq edirəm, Bu gün O yaşayır, bunu mən bilirəm. Əli mənə dayaqdır, səsi mənə sevinc, Hər ehtiyacıma Məsih tez cavab verir. Rəbb dirildi, Rəbb İsam həyatda Danışır, yaşayır mənimlə hər an. Rəbb dirildi, qurtuluş verdi bizə, Sevinci qəlbimdə yaşar hər zaman. Ətrafımda görürəm çox dərin sevgisini, Ürəyim sıxılanda kəsmirəm ümidimi. Bu həyat, bilirəm, qorxunc bir fırtınadır, Ancaq İsa gələcək, xilasım çox yaxındır. İmanla, sevinclə Padşahın Rəbb İsaya Səsini yüksəldərək söylə: Haleluya! Axtarana ümiddir, tapana yardım, Yoxdur Sənin tək sevən, Rəbbim, mənim Allahımبْه راستي Canto a te Труд в жизни для Христа радостно свершай Бен бен олан Рабдир бана Teu Amor Não Falha Түбөлүк Сен менен JE TO LÁSKA Şäherim Örvendjetek Կարոտ եմ Քո Տեսքին
Song not available - connect to internet to try again?