Dünya üçün göndərdi Səni Göylərdən Ata, Sənə iman edənlər bunla xilasa çatar. Allah mərhəmətini bununla sübut etdi, Allah məhəbbətini dünyaya elan etdi. Dünyanı Sən yaratdın , Səni qəbul etmədi, Qaranlıqda olanlar Nura yaxın getmədi. Bilmədilər ki, gücü Sən Atadan almısan, Onunçün də daima Sən Atada qalmısan. Həqiqətin açarı Səndədir, Rəbb İsa! Ədalətin açarı Səndədir, Rəbb İsa! Ən böyük məhəbbəti Sən göstərdin dünyaya, Ən böyük mərhəmətə şahid oldu dünya da. Sən Atanın yanından hazır idin gəlməyə, Hazır idin Müqəddəs, pak Qanını tökməyə. Götürərək dünyanın bütün günahlarını, Axıtdın bizim üçün Öz Müqəddəs Qanını. Dirilmənlə dünyada düşmənə qalib gəldin, Atanın iradəsin tam yerinə yetirdin. Deyirsən: «Gələcəyəm sizi aparmağa Mən», Məhəbbət, iman verdin, ümid verdin bizə Sən. Məhəbbət, ümid, iman Səndən qalıbdır miras, Sən tək günahsız olaq, geyək biz də ağ libas. Sən Allahın Oğlusan, Atadan doğulmusan, İndi Onun sağında qalib tək oturmusan.السامرية Aleluja - hrob je prázdny Ne Mutlu You are the words to the music Életünk malomköve Przejdziemy nawet ocean Pour quel péché, Jésus أدعو باسم الرب Cuan Firme Cimiento Yakni achukma fehna
Song not available - connect to internet to try again?