Dünyada çox yollar, çox cığırlar var, Hər yolun, cığırın öz yolçusu var. Çox geniş, möhtəşəm yollar içində Tikanlı, ələmli, dar bir yol da var. Getdiyimiz bu yol Məsih yoludur, Bizləri Allaha aparan yoldur. Göz yaşı sevincə, kədər şadlığa, Qaranlıq işığa çevrilən yoldur. Bu yolu salmışdır bizimçün Məsih Böyük əzablarla çiynində çarmıx. Buradan keçərək onu hamarlamış, Qanını səpərək yol hazırlamış. Bu yolu salmışdır bizimçün Məsih Böyük əzablarla çiynində çarmıx. Ardınca gələnlər azmasın deyə Ayaq izlərini yerə saplamış. O yaxşı tanıyır bax bu dar yolu, Onun hər daşına ayağı dəymiş. Bununçün buraxmır heç əlimizdən, Aparır bizləri keçdiyi yolla. Bu yolun sonunda Özü dayanır, Nur saçıb bu yolu işıqlandırır. Onun izləriylə biz addımlayaq, Bu yolda sarsılmaz, çox möhkəm duraq. Bu yolun sonunda gözləyir bizi, Açıb qollarını səsləyir bizi. Çağırır yanına, yanına bizi, Onunla bir yerdə Göylərdə olaq. Bu yolun sonunda gözləyir bizi, Açıb qollarını səsləyir bizi. Çağırır yanına, yanına bizi, Əbədi rahatlıq, səadət tapaq.Отрекаюсь Господи от зла Mult aş vrea ca să ajung БОЙЫН БЕРГЕН БИС УЧУН عبادة حية 4 Con Te sono al sicuro jiǔ bié zhòng féng de péng yǒu Теңирим, Сенин сүйүүң Bože můj, ty mne jsi vedl زي النسر bḥbk rby yʿzf qlby
Song not available - connect to internet to try again?