Ey ümid etdiyim yeganə Allah, Sənin tək etimada layiq yoxdur. Sən elə sevgisən, elə məhəbbət, Sənin sevdiyin tək, heç sevən yoxdur. Sən elə ucasan, elə yüksəksən, Sənin tək ucalan, yüksələn yoxdur. Əhdinə sadiqsən, sədaqətlisən, Sənin tək etibarlı olan yoxdur. Sən elə Atasan, ey böyük Allah, Sənin məhəbbətin dünyadan böyük! Kim Sənin tək edər Oğlunu qurban Günahlı insanı azad etməkçün?! Sənin məhəbbətin qəlblərə sığmaz, Ölçülməz, tükənməz, əvəzolunmaz. Gecə də, gündüz də tərənnüm etsək, Tərifl ər, izzətlər Sənə bəs olmaz! Sən elə Atasan, uca Göylərdən Uzanır əllərin övladlarına. Tutaraq əlindən könlün alırsan, Sənin tək xeyirxah olan da yoxdur.محييا فادي المؤمنين Pe drumul vieţii azi Without Love நீர் சொன்னால் போதும் The seal of the living God I've Witnessed It Entra dentro me Angkat Hatimu, Pandanglah Allah Mun Gode….Halleluya تعالوا إلي يا جميع المتعبين
Song not available - connect to internet to try again?