Günahlı bəndəni kim əfv eyləyər Allahdan savayı, Rəbdən savayı? Kim qovar kədəri, qüssəni, qəmi? Kim doldurar qəlbə şadlıq, sevinci? Yaralı qəlblərə kim məlhəm qoyar Allahdan savayı, Rəbdən savayı? Mənim çiyinləri çarmıxlı Rəbbim, Ayağı, əlləri mismarlı Rəbbim, Bu dünyada bizi bəxtiyar etdin, Ölüm pəncəsindən Sən azad etdin. Kim keçərdi candan günahkar üçün? Kim tökərdi qanın günahlar üçün? Müqəddəs Ruhunla doldun qəlblərə, Məhəbbətlə doldun Sən ürəklərə. Kim verər əbədi həyat bizlərə Allahdan savayı, Rəbdən savayı? Günahlı bəndəni kim əfv eyləyər? Günahlarçün özün kim qurban verər? Nurlu gələcəyə kim yol göstərər? Allahdan savayı, Rəbdən savayı?جوعني ليك Szertejárt és gyógyított Salmo 150 rạḍy bqlbk Tie-Ti cant Dumnezeul meu Fate venire i bambini a me Anything Beytlehem Güzel Bir Sabaha Uyanıyorsun Звезды на небе сияли Ыдыктыг ыры 1
Song not available - connect to internet to try again?