Gerçəkdən bir Nur gəldi bu qaranlıq dünyaya, Anlamadı bu Nuru, Həqiqəti qaranlıq. Söyüldü, təhqir oldu amansızlıqla İsa, Günahkarlar əliylə mismarlandı çarmıxa. O andaca qaranlıq bürüdü yer üzünü, Məbədin də pərdəsi tən ortadan bölündü. O qaldırdı çarmıxa dünyanın günahını, Mismarladı çarmıxa o qanun lənətini. Lakin ölsən də, Rəbbim, üçüncü gün dirildin, Dirilmənlə düşməni əbədi məğlub etdin. Həmən andan insanlar azad oldu lənətdən, Həmən andan azadlıq, hürriyyət qazandıq biz. Sənə iman edənin əbədi həyatı var, Sənə iman edənin xeyir-duası boldur. Hər şeyi verdi Ata Oğlun ixtiyarına, Heç nə Onsuz olmadı, olan oldu Onunla. Şükürlər söyləyirəm mən Ata Allahıma, «Haleluya» deyirəm mən izzətli Ataya! Böyük bir məhəbbətlə verdi Oğlun dünyaya, Lütf, mərhəmət doldu bu qaranlıq dünyaya. Ona iman edənin əbədi xilası var, Ona iman edənin əbədi həyatı var! Verdim ixtiyarımı mən Sənin əllərinə, İnanıram, Rəbbimlə azad bir Vətənim var!Само вярвай! Иисус в нашем сердце Нам молодым أسبحك أنت هو الرب وحدك Всё от Него и Им сотворено Eu eram în lume pierdut Сəн мəни јаратдын Когда ты открываешься для Бога Deck The Halls Gib mir Liebe ins Herz, lass mich leuchten
Song not available - connect to internet to try again?