Gəldim hüzuruna göz yaşlarıyla, Söylədim sözlərimi könül ahlarıyla. Çağırdım: «Uca Tanrım, mənə rəhm et, Səndən gələn sakitliyi, qəlbimə bəxş et.» Doldur qəlbimi Müqəddəs Ruhun gücüylə Sən, Zənginləşdir daxilimi sonsuz sevgi ilə. Kömək et, sözlərinlə mən nəfəs alım, Bəxş etdiyin həyatda mən Səndə qalım. Müqəddəs dərgahına hazırla məni, Yolunda yıxılmamaqçün tut əllərimi. Apar ardınca o Müqəddəs, saf Ölkəyə, Çağır məni daim, daim müqəddəsliyə. Qoy layiq olum Göydəki Padşahlığına, Hazır olum mən dünyanın son saatına. Girim mən dərgahına hazır şagird tək, Bütün salehlərlə biz şadlıq edək.Hľa, aká veľká láska! ạ̉nạ jyt slmtk qlby̱ dh yswʿ dh gẖạly నీ పద సేవాయే నాకానందము jạyyn nhtf Тwо Ya Rəbb İsam 이사야 43 Тропиночка Şanlar Hep Senin, Muzaffer Sensin!
Song not available - connect to internet to try again?