Hər tərəfi bürümüşdür qaranlıq, Ağlamaq səsi Qolqotaya yayılmış. Qorxunc bir vahimə çökmüşdür ətrafa İnsanlar sanki qorxudan bayılmış. Onlar döyürdülər öz sinələrini, Vicdanları oyanmış bu mənzərədən. Yüzbaşı çaşaraq çarmıx önündə «Bu saleh insandır», - dedi ürəkdən. Heç kəs bilmirdi ki, taxta çarmıxda Allahın Oğlunu dara çəkiblər. Özləri hökm verib öz əlləri ilə Hakimi çarmıxa mismarlayıblar. Çarmıxın yanında kədər içində Durmuşdu qadınlar gözləri yaşlı. Ölüm acısını çəkən ana da Hələ dərk etmirdi bu yüksəlişi. Böyük əzablarla baş-başa qalıb Günahı, lənəti çarmıxa çalmış, Ona iman edən hər bir insanı Müqəddəs Qanıyla O, satın almış. Ancaq tuta bilməz ölüm heç zaman Hər şeyə Ruh verən, Həyat verəni. Kim tapa bilərdi o daş məzarda Üçüncü gün Ruhun diriltdiyini. Bəli, dirilibdir üçüncü gün O, Qələbə çalıbdır ölüm hökmünə. Dirilib Allahın Oğlu, dirilib, Oxuyur Göylər, yerlər izzət İsminəNjoni, Enyi Wa Imani Sənsiz Həyat Благо есть славить Господа تعليق 12 Nasihat 008-V domě Tvém Иешуа Ježiš moc nad všetkým má Il centurione Слышите ли Божий голос
Song not available - connect to internet to try again?