Həyatda əbədi sevinciniz yox, Ömrünüz azdır, kədəriniz çox. Ölüm canınıza sancılan bir ox, Nəyə güvənirsiz siz, ey insanlar. İblis hiyləsinə qulaq asmayın, Allahın yoluna gəlin, azmayın, Rəbbin işlərini şərə yozmayın, Oğula imana gəlin, insanlar. Dərdlərin əlində aciz qalırsız, Allahı dar gündə yada salırsız. Günahlı dünyada fi krə dalırsız, Nəyə güvənirsiz siz, ey insanlar? Sizə can verirmi ləl - cəvahirat, Sizə zövq verirmi günahlı həyat? Qaranlıq dünyada kim olar rahat, Nəyə güvənirsiz siz, ey insalar? Sizinçün vermişəm Mən Öz canımı, Sizinçün tökmüşəm Mən Öz Qanımı. Sizinçün daddım ölüm acısını İmana, xilasa gəlin, insanlar.أنت نصيبي Милость Hermanos en la lid de Dios Etranger sur la terre Tsy mba hisy tonga ary an-danitra Ať tě požehná ONWARD CHRISTIAN SOLDIERS! Струн души рука Христа касается ليس له عندي مكان Ах куда сокроюсь я
Song not available - connect to internet to try again?