Hər tərəfi bürümüşdür qaranlıq, Ağlamaq səsi Qolqotaya yayılmış. Qorxunc bir vahimə çökmüşdür ətrafa İnsanlar sanki qorxudan bayılmış. Onlar döyürdülər öz sinələrini, Vicdanları oyanmış bu mənzərədən. Yüzbaşı çaşaraq çarmıx önündə «Bu saleh insandır», - dedi ürəkdən. Heç kəs bilmirdi ki, taxta çarmıxda Allahın Oğlunu dara çəkiblər. Özləri hökm verib öz əlləri ilə Hakimi çarmıxa mismarlayıblar. Çarmıxın yanında kədər içində Durmuşdu qadınlar gözləri yaşlı. Ölüm acısını çəkən ana da Hələ dərk etmirdi bu yüksəlişi. Böyük əzablarla baş-başa qalıb Günahı, lənəti çarmıxa çalmış, Ona iman edən hər bir insanı Müqəddəs Qanıyla O, satın almış. Ancaq tuta bilməz ölüm heç zaman Hər şeyə Ruh verən, Həyat verəni. Kim tapa bilərdi o daş məzarda Üçüncü gün Ruhun diriltdiyini. Bəli, dirilibdir üçüncü gün O, Qələbə çalıbdır ölüm hökmünə. Dirilib Allahın Oğlu, dirilib, Oxuyur Göylər, yerlər izzət İsminəJá i můj dům رنموا لله 主耶稣说他渴了 Alleluia Gesù vive Oılanshy júregim baqytyńnyń shegi bar ma Rab İsam, Rab İsam, Sen Ne Yücesin! أمور الله عجيبة nʿln ạntṣạrnạ يا وجه البدر mjdaⁿạ mjdaⁿạ mjdaⁿạ lyswʿ
Song not available - connect to internet to try again?