İki qəlb Sənin qarşında İndi ömürlük birləşdi. Həm sevincdən, həm çətindən Keçmək üçün əhd bağladı. Xoş niyyətli başlanğıcda Xeyir - dua ver onlara. Mərhəmətli əllərini Qoy onların üzərinə. Müqəddəs «hə» sözün dedi Onlar Allah qarşısında. Söz verdilər, vəd verdilər Sədaqətlə yaşamağa. Günü - gündən işıqlansın Verdikləri vəd Allaha, Qoy Sözünlə möhkəmlənsin Aldıqları xeyir - dua. Artıq iki müxtəlif ad Qovuşdular bu andan. Ey Allahım, Özün qoru Qayğı, kədər, fəlakətdən. Tufanlardan, itkilərdən Bu ailə uzaq olsun, Qoy Sənin şərəfl i Adın Yollarına işıq saçsın. İki könül arzuladı - Məhəbbətlə yaşasınlar. Həm sevinci, həm kədəri Deyinmədən bölüşsünlər. Bax, bu gündən iki könül Birləşib bir can oldular, Müqəddəslik, təmizliyi Ancaq Səndən öyrəndilər.هللويا هللويا Come potrei nascondere Kruin Orrel: Praat ek mense eng'letale Ga Yesu Ubangijinmu. Mai Ceton Duniya I'm gonna stay right under the Blood Barátunk, Don Bosco لما أكون تعبان أروح لمين Ödedi İsa Si Boh milosrdný Реббимиз Бейик
Song not available - connect to internet to try again?