İsa, mənim Rəbbim, əziz Allahım, Sənsən mənim həyatım, Xilaskarım. Səni gözləyirəm, Səni səsləyirəm, Səni istərəm. Sənsən insanlarçün canını verən, Sənsən insanlara həyat bəxş edən. Bağışla, Qanınla yu, qardan ağ et, təmizlə bizi. Göydə, Yerdə səlahiyyət Sənindir, Göyün də, Yerin də Rəbbi Sən. Sənə insanlar hesabat verəcəkdir Hökm günündə. Sən mülayim, yaxşı, sadiq Çobansan, Sürülərin qayğısına qalansan. Qoru sürülərin, güd quzuların, yaxşı Çobanım. Həyat, həqiqət, yol ancaq Səndədir, Göylərə aparan doğru yolsan. Aç həqiqətini, göstər sən Nurunu bəndələrinə. Sən ədalətli Rəbb Allahsan, Sənin hökmlərin doğru və düzgün. Sənə yalvarırıq, rəhm et bizlərə, qoru Sən bizi.Жизнь моя наполнена Тобой كيەلى كىتاپتان بىلەمىز Bienvenido Legyen áldott az Úr Ótti, mine taǵy bir kún انت عظيم البركات Qué me puede dar perdón zhǔ wǒ yī guì xià Я хочу вам чуть-чуть о себе рассказать ạ̉smʿny̱ lmrẗ tạnyh
Song not available - connect to internet to try again?