İstəmirəm bu dünyanın malın, dövlətin, İstəmirəm bu dünyanın sözün, söhbətin, İstəmirəm bu dünyanın tərif, izzətin, Çünki qaranlıqdır, yalandır dünya. Yalandır, yalandır, yalandır dünya Sonu puç, vəfasız, talandır dünya. Dünya kədərlidir, dünya qaranlıq, Dünya günahlıdır, dünya qarışıq. İnsanlar təsəlli gəzir burada Axtarır, tapmayır bu qaranlıqda. Tapdıq rahatlığı Rəbb İsada biz, Sonsuz məhəbbəti, mərhəməti biz. Tapdıq biz sevinci və səadəti, Tükənməz inamı və sədaqəti. Dünyada bir Nur var, O da Məsihdir, Ruhumuza məlhəm Rəbb sevgisidir. Tövbə et, xilas ol, vaxta az qalır, Nə qədər xilas qapısı açıqdır.shén zài zuò shì Dancing Generation bʿd qlyl rbnạ Je désire entendre ta voix خودای مِنی قُرا! Қолыңда мәңгі Boża miłość Когато Призовавам Името на Моя Бог الىس ساپار، ۇزاق جولدور الدىڭدا كۉتسۅ Танръ'нън Севгисини Арзу Еденлер
Song not available - connect to internet to try again?