İsa, mənim Rəbbim, əziz Allahım, Sənsən mənim həyatım, Xilaskarım. Səni gözləyirəm, Səni səsləyirəm, Səni istərəm. Sənsən insanlarçün canını verən, Sənsən insanlara həyat bəxş edən. Bağışla, Qanınla yu, qardan ağ et, təmizlə bizi. Göydə, Yerdə səlahiyyət Sənindir, Göyün də, Yerin də Rəbbi Sən. Sənə insanlar hesabat verəcəkdir Hökm günündə. Sən mülayim, yaxşı, sadiq Çobansan, Sürülərin qayğısına qalansan. Qoru sürülərin, güd quzuların, yaxşı Çobanım. Həyat, həqiqət, yol ancaq Səndədir, Göylərə aparan doğru yolsan. Aç həqiqətini, göstər sən Nurunu bəndələrinə. Sən ədalətli Rəbb Allahsan, Sənin hökmlərin doğru və düzgün. Sənə yalvarırıq, rəhm et bizlərə, qoru Sən bizi.Hamdu Sano 5 rby ạjʿl fy ṣlạty ḥyạẗ Dip Dip Di Di Dip Povstali sme tohto rána Dac-as fi stăpân pe lumea-ntreagă Batańdy ber eki jasqa Táńirim Радвайте се братя! Pán Boh je pastier môj Più che vincitor Господь Господь Ты наш Бог
Song not available - connect to internet to try again?