Kəlam bir bəşər olub sakin oldu aramızda, Şərik olub ətlə qana O gəzdi aramızda. O, Göylərdən xəbər verdi,xəbər verdi həqiqətdən, Yerdə imtahan olundu, O, Nur oldu aramızda. Döyülərkən O döymədi,söyülərkən O söymədi, Qərib və gəlmələr kimi O, yad oldu aramızda. Döyülərkən O döymədi, söyülərkən O söymədi, Böyük bir Kəhkəşan olub O yeridi aramızda. Günahkarlar arasında yedi, içdi, O oturdu, İnsanlar tərəfi ndən təhqirlərə məruz oldu. Əfv edərək günahları şəfa verdi xəstələrə, Lakin yenə tanınmadı, qərib oldu aramızda. Kəlam bir bəşər olub sakin oldu aramızda, Şərik olub ətlə qana, O gəzdi aramızda. Yüksəldilib Haqq-Təalanın O izzətli qüdrətiylə, Əbədiyyən Kahin olub, Göyə qalxdı aramızdan.mlʾ ạlḥb حبك يملا القلوب Помолюся тихо yạlạ nhtf fyk ʿzy Вечная любовь سبحوا هللوا .. مجدوا الإله يا قدوس ملك الملوك، سيد الأسياد ВИНАГИ РАДВАЙ СЕ
Song not available - connect to internet to try again?