Mənim doğma evim Göylərdədir, Mənim sevən Atam Göylərdədir. Mən yerdə qəribəm, mən yerdə gəlməyəm, Mənim doğma yurdum Göylərdədir. Burada hər tərəf kədərdədir, Mənim isə yolum Göylərədir. Bu yol çətin olsa da, uzun deyil, Mənim doğma evim Göylərdədir. Bir gün hər şey yuxu tək keçəcək, Qəriblikdəki yolum bitəcək, Rəbbim məni yanına götürəcək , Məni öz evimə köçürəcək. Harda ki, Məsihin xalqı sakindir, O Müqəddəs məkan mənim evimdir. O yer ruhumu daim özünə çəkir, Çünki mənim evim Göylərdədir. Burada əzablı olsa da həyat, Bilirik evimiz Göylərdədir. Gəlin deyinməyək, gileylənməyək, İsanın Göylərdən gəlişini gözləyək. Bu yerdə yaşayarkən O da əzab çəkmişdir, Sonradan Ata Ona ən üstün ad vermişdir. Rəbb gecikməyəcək, O tez gələcək, Göylərdə başımızı çələnglə bəzəyəcək. İnan, əziz qardaş və əziz bacı, Əbədi evimiz o Göylərdədir. Orada daim şadlıq edəcəm, Allaha əbədi izzət verəcəm. Müqəddəs xalq ilə nəğmələr oxuyub, İzzətli Rəbbimi mədh edəcəm.ymkn ykwn فوق الجميع نرفع اسمك yạ rb ạ̉nt ạkẖtbrtny I SHALL KNOW HIM Keď divy tvojej moci zriem Tri zázraky sa dnes stali Ми дякуєм Тобі Maranata - Tez gel İsa! Хайрыг харамгүйгээр Раббимизни олқишланглар
Song not available - connect to internet to try again?