Məsih həyat tacıdır, sözü dərd əlacıdır, Məsihin övladları əziz qardaş-bacıdır. Əzizim, gedər-gəlməz,gün gedər, bir də gəlməz, Məsih əbədi həyat, heç vaxt bitib tükənməz. Həyat Rəisi Sənsən, həyatın özü Sənsən, Sözün şəfa mənbəyi, qəlblərə məlhəm Sənsən. Yatmış bəndə ,gəl oyan, qəfl ət yuxudan oyan, Səni Məsih səsləyir, nə yatmısan, tez oyan! Gün gələr, batar-gedər, vəfasız atar, gedər, Məsih xilas eyləyər, dərd-bəla , kədər gedər. Məsih Göydən gəlmədir,O, əzəldən Kəlmədir, Ona iman eyləyən burda qərib, gəlmədir. Çarmıxda öldü İsa, ölüb dirildi İsa, Düşmənə qalib gəlib Göylərə getdi İsa. Günahçün öldü İsa, ölüb dirildi İsa, Böyük məhəbbətiylə qələbə çaldı İsa. Göylərdən gələn Odur,Müjdə gətirən Odur, İsa Allahın Oğlu, səninçün qurban Odur!Tugilgan kun Под сенью крыл Всемогущего Бога Eğilir Yüreğim fy wsṭ gẖrbty فين المعني في حياتي 耶稣斥责风和海 مەن توو تاراپقا Každý jazyk nech vyzná Ты живой ʿlmny ạ̹zạy
Song not available - connect to internet to try again?