Müqəddəs Ruh, bizi Sən nurlandırdın, Həqiqət Padşahlığının sirlərin açdın. Gündüz və gecədə, sevinc və qəmdə Bizə yaxın oldun və sadiq qaldın. İstərik, dərindən dərk edək, bilək Sözlərində olan böyük hikməti. Öyrət bizi seçək və ayırd edək Başqa səslər içrə Sənin Səsini. Öyrət, qalib gələk dünyaya olan Marağa, istəyə və cazibəyə. Sənə qulaq asaq, daim can ataq Ruhumuza həyat, fayda verənə. Bizə nəsib olsa bu bəxtiyarlıq Çarmıxın daşıyıb əzab çəkərkən, Bunu şərəf kimi biz qəbul edək, İzzət nəğməsiylə Səni mədh edək!Bienaventurado Doce Presença Господь я жду Тебя FITIA FATRATRA Oi, nouse riemuiten Ya Rab seni yüceltirim لن أخاف Dia tutta la terra 有一座城神要打开 yạ ṣạḥb ạlḥnạn
Song not available - connect to internet to try again?