Nə əkmisən, dostum mənim, sən baharda Bu əkdiyin dənli bitki deyildimi? Qızıl sünbül, qızıl sünbül dalğasına Bürünmüşdür sənin tarlan, sənin tarlan. Xeyirxahlıq toxumu səp sən həmişə, Çünki nə əkdinsə, onu biçərsən. Məsihin İsmiylə səp toxumu sən, Onda əkdiyini də biçəcəksən. Xeyirxahlıq toxumu səp sən həmişə, Çünki nə əkdinsə, onu biçərsən. Biçin günü gecikmədən gələcək, Onda əkdiyini sən biçəcəksən. Həyat zəmisinə sən nə əkmisən Məhəbbət, yoxsa ki, kinli ədavət? Əkdiyin yetişər, sən bunu da bil, Onda mükafatın nə olacaqdır? Vaxt gələcək, görəcəyik Göylərdə biz Xilas olmuş, xoşbəxt olan insanları. Gəl səp o müqəddəs xilas toxumun, Gəl səp yorulmadan, gəl səp, ey dostum.Prosbu našu, Pane čuj Acum eu mă duc la Cel ce m-a trimis Jesus on the inside Герчеи Анлайънджа ВСЕКИ НОВ ДЕН slmt ạ̉mry fy ydyk Кутмандуу кыргызым ạ̉qdr ạqwlh yạ ạbwyạ We Are One Tonight Яраланган калб
Song not available - connect to internet to try again?