Nə yaxşı ki, mənim Rəbb Allahım var Gedəsi yerim var, qalası yerim. Nə yaxşı ki, mənim Xilaskarım var, Sözümü deyənim var. Nə yaxşı ki, mənim Məsih İsam var - Yanan Dan ulduzu, Müqəddəs Quzu. Tökülən Qanıyla təqdis eyləyib Adımı Göylərə həkk edənim var. Nə yaxşı ki, mənim Rəbb Allahım var, Nə yaxşı ki, Rəbbim var. Kədəri, qüssəni qoparıb məndən Şadlığı, sevinci bəxş edənim var. Alıb qayğıların, dərdin əlindən Təsəlli verənim var. Nə yaxşı ki, mənim Xilaskarım var, Düşmənin torundan azad eyləyib Nurlu Səltənətə haylayanım var. Yaşayan, müqəddəs, qüdrətli arxam, Sarsılmaz, möhtəşəm bir dayağım var, Nə yaxşı ki, Rəbbim var. Əbədi məhəbbət töküb qəlbimə, Müqəddəs Ruhuyla məsh edənim var. Nə yaxşı ki, Mənim Rəbb Allahım var, Nə yaxşı ki, Rəbbim var.Má naděj na tom spočívá Csodállak, imádlak Noc v Getsemanskej záhrade Утром, выходя из дома Эл-Шаддай مش حدوتة Grande sei tu Ach, môj Bože, ja som zblúdil dẖkṣwlwjyẗ kyhk 2 kẖsrtk
Song not available - connect to internet to try again?