Nəyim varsa bu həyatda, bacardığım hər bir şeyçün Yalnız Sənə, yalnız Sənə minnətdaram. Minnətdaram böyük sevgi, məhəbbət, mərhəmətinçün, Canımı qoruduğun üçün minnətdaram. Minnətdaram, minnətdaram, mənim Rəbbim, Allahım, Minnətdaram, minnətdaram ucalsın Sənin adın. Minnətdaram yer üzündə bəxş etdiyin sülh,sevincçün, Qalqotada axıtdığın pak Qanın üçün. Ruhumuzu, əqlimizi günahlardan azad edib, Müqəddəs Ruhla doldurduğunçün minnətdaram. Minnətdaram hər gün bizə verdiyin çörək, su üçün, Hava, Günəş, yağış üçün minnətdaram. Gül-çiçəkli çöllər üçün, buğdalı zəmilər üçün, Hər bir yaşıl yarpaq üçün minnətdaram.Ogni cosa è possibile Henki, armon tuoja Witaj Jezu, cześć Ci Królu Pakailah Seluruh Hidupmu Bénédictions Kutsal Kan Muhtacım Я слышу музыку ʿẓẗ 2 - bybw msẖrqy Лазымсан мəнə
Song not available - connect to internet to try again?