Olmadı yer Sənə bu Yer üzündə, Kədərli göründün bir qərib kimi. Sən Göylərdən endin, Nur dünyasından, Günah dünyasında olanlar üçün. Qaranlıq axurda, saman üstündə Keçirdin ilk günü bu Yer üzündə. Belə qarşıladı bu dünya Səni Taxt - tac sahibini, həyat verəni. Olmadı yer Sənə bu Yer üzündə, Yaxın bir sirdaşın, bir arxadaşın. Pisliklə, zülmətlə təkcə vuruşdun Həqiqət və Allah oldu köməyin. Olmadı yer Sənə bu Yer üzündə, Çarmıxda tapıldı yalnız yer Sənə. Nurunu bu dünya qəbul etmədi, Günahı, zülməti daha çox sevdi. Olmadı yer Sənə bu Yer üzündə, Kədərli göründün bir qərib kimi. Sən Göylərdən endin, Nur dünyasından Günah dünyasında olanlar üçün. Olmadı qəlblərdə yer Sənə, Rəbbi Ürək qapımızsa açıqdır Sənə. Dünya Səni dansa, qəbul etməsə, Hər bir övladındır bir məbəd Sənə.ПРОМЕНИ МЕ СЕГА Wa Ke Son Salama Ne? كله حنان Fanavaozan'izay mahagaga tokoa في الارتفاع Втікають дні Boh nás pozýva 今天今天最好的消息 สาธุการพระนามของพระเจ้า مزمور 150 (هللويا 15)
Song not available - connect to internet to try again?