Qalxaq Qolqotaya, qardaşım, Orda Allahın Məsihi çarmıxdadır. Haqq danışır, xəstələri sağaldırdı, İndi isə çarmıxdan asılmışdır. Səcdə edək Ona! Qalxaq Qolqotaya, qardaşım , O, çox əzab, susuzluq çəkir. Dünyaya Həyat suyunu verənə «Susadım» dedikdə, sirkə verdilər. Səcdə edək Ona! Qalxaq Qolqotaya, qardaşım, O yalvararaq Ataya dua edir: «Ata, Sən onları bağışla, -deyir,- Çünki nə etdiklərini bilmirlər» . Səcdə edək Ona! Qalxaq Qolqotaya, qardaşım, O, gözlərini göyə yönəldib deyir: «Ata, bəs niyə Sən məni tərk etdin?» Səni və məni qəbul etsin deyə. Səcdə edək Ona! Qalxaq Qolqotaya, qardaşım, Ordan Müqəddəsin səsi yüksəlir: «Tamam oldu,- deyir Ataya,- Ruhumu Sənin əlinə verirəm» . Səcdə edək Ona! Qalxaq Qolqotaya, qardaşım, Bizə görə əzab çəkənə baxaq. Baxaq, O, xilasımızı necə baha , Necə əzablarla satın alır. Səcdə edək ona!tsbyḥ yʿlạ lk - ḥqk dạ fy ạ̉rạḍynạ Siento mis pecados, lloro mi maldad Tornare ad amare Покрытый ранами поверженный во прах خۇدايىمىز بەرىكەتلىك Ще Извикам аз към Тебе Спаситель мой жив Pensaci un po' su الساكن في ستر العلي Utešený nám deň nastal
Song not available - connect to internet to try again?