Qaranlıq gecədə, bağlı qapını Hey dayanmadan kim isə döyür. Səs verən yoxdur, yorğun əllərlə Qapını yenə də kim isə döyür. Bu, Xilaskardır, durub qapıda, Məsum və həlim, qapını döyür. Sənə kömək üçün, şəfa vermək üçün Ürək qapısını hey döyür, döyür. Ürək doludur qəm ,qüssə ilə, Kimsə yenə gəlib qapını döyür. Ümid işığı sönmüş bir evin Kəndarında durub qapını döyür. Ürəyi üzür vicdanın səsi - Kimsə qapıdadır, qapını döyür. Kimisə köməyə çağırırıq biz, Məsih qapıdadır, qapını döyür. Qapını döyən səs hey güclənir, Kimsə dayanmadan qapını döyür. Günahlı ürək, tövbəyə tələs, Qapı döyülür, açmağa tələs. Bu, Xilaskardır durub qapıda, Onu qəbul edib xilasa tələs.سلامك فاق العقول - موسيقي We'll walk in the light Маҡтау Царь славы Bogobojny Król Doamne viaţa mea ţi-o dau Һәр көнне аны зурлагыз Sion kvíli prežalostne Раббим, Карарлъйъм Тюм Варлъъмла Ходайны данла җаным
Song not available - connect to internet to try again?